Bank Of Baku

Azərbaycanın ÜTT-ya üzvlüyü ilə bağlı ABŞ-la müzakirələr aparılıb

Azərbaycanın ÜTT-ya üzvlüyü ilə bağlı ABŞ-la müzakirələr aparılıb
# 17 noyabr 2008 07:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması ilə bağlı ABŞ-la müzakirələr aparılıb.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda səfərdə olan ABŞ-ın Tennesi ştatının senatoru Bob Korkerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycanla ABŞ arasındakı mövcud iqtisadi əlaqələr, Azərbaycanın ÜTT-yə üzv olması istiqamətində həyata keçirilən tədbirlər və əməkdaşlıq perspektivləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR