Bank Of Baku

Bu gün ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlıq komissiyasının növbəti iclası keçiriləcək

Bu gün ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlıq komissiyasının növbəti iclası keçiriləcək
# 17 noyabr 2008 07:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Vaşinqtonda (ABŞ) ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlıq komissiyasının növbəti, ikinci iclası keçiriləcək.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan tərəfindən komissiyanın iclasına ölkənin maliyyə naziri Samir Şərifov, ABŞ tərəfindən isə dövlət katibinin müavini Daniel Sallivan həmsədrlik edəcək. Bu məqsədlə Azərbaycanın maliyyə naziri S.Şərifovun başçılıq etdiyi nümayəndə heyəti artıq ABŞ-a yola düşüb.
İclasın gündəliyinə Azərbaycanla ABŞ arasında ticarət və investisiya, informasiya texnologiyaları, energetika və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri daxil edilib.
Bununla yanaşı, ABŞ Beynəlxalq İnkişaf və Ticarət İnkişaf Agentlikləri tərəfindən Azərbaycana göstərilən texniki yardım layihələrinin həyata keçirilməsi məsələləri nəzərdən keçirilərək, yeni layihələrinin müştərək maliyyələşdirməsi imkanları araşdırılacaq, hüquq və qanunvericilik sahəsində birgə tədbirlər müzakirə olunacaq.
Qeyd edək ki, ABŞ- Azərbaycan iqtisadi tərəfdaşlıq komissiyasının birinci iclası 2007-ci il fevralın 7-də Bakıda keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR