Bank Of Baku

«Atrabank» fevralda Bakıda yeni filial açacaq

«Atrabank» fevralda Bakıda yeni filial açacaq
# 17 noyabr 2008 07:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin fevral ayında Bakıda yeni filial açmaq niyyətindədir.
Bankın İdarə Heyətinin sədri Elmixan Nəbiyevin «APA-Economics»ə verdiyi məlumata görə, filialın yaxın vaxtlarda Bakıda istifadəyə veriləcək yeni avtovağzal kompleksində açılması planlaşdırılır. Bank tərəfindən icarəyə götürüləcək ofisdə müştərilərə bütün bank xidmətlərinin göstərilməsi nəzərdə tutulub. Qeyd edək ki, hazırda bankın respublika üzrə 13 filialı, o cümlədən Bakıda 7 filialı fəaliyyət göstərir.
Xatırladaq ki, «Atrabank» SKB 1992-ci ilin dekabrında yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 34,093 mln. manat, kredit portfeli 25,612 mln. manat, depozit portfeli 4,619 mln. manat, məcmu kapitalı 11,474 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,425 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 11 filialı, 1 mübadilə məntəqəsi, 11 bankomatı və 40 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR