Bank Of Baku

Azərbaycanda nağd və nağdsız valyuta əməliyyatlarının yarıdan çoxu müştərilərin tapşırığı ilə aparılır

Azərbaycanda nağd və nağdsız valyuta əməliyyatlarının yarıdan çoxu müştərilərin tapşırığı ilə aparılır
# 17 noyabr 2008 07:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda xarici valyutalar üzrə banklar tərəfindən aparılan nağd və nağdsız əməliyyatların 50%-dən çoxu müştərilərin tapşırığı ilə həyata keçirilir.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, 2008-ci ilin yanvar-sentyabr ayları ərzində ABŞ dolları ilə aparılan əməliyyatların həcmi 24 401 299,0 min dollar, avro ilə keçirilən əməliyyatların həcmi 5 268 466,1 min avro təşkil edib və bunun müvafiq olaraq 49,4%-i və 56,9%-i müştərilərin tapşırığı ilə həyata keçirilib.
Bundan başqa, dollar üzrə əməliyyatların 7%-i valyuta mövqeyinin tənzimlənməsi məqsədi ilə, 6%-i mübadilə məntəqələri üçün, 1,2%-i kreditlərin ödənilməsi məqsədi ilə, 0,1%-i digər banklara depozitlərin qaytarılması və 36,4%-i sair məqsədlərlə aparılıb.
Avro üzrə aparılan əməliyyatların 56,9%-i müştərilərin tapşırığı ilə, 2,7%-i valyuta mövqeyinin tənzimlənməsi, 1,6%-i mübadilə məntəqələri üçün, 0,1%-i kreditlərin ödənilməsi və 38,7%-i sair məqsədlərlə aparılıb.
Qeyd edək ki, bankların müştərilərin tapşırığı ilə apardığı valyuta əməliyyatlarının bu dərəcədə yüksək olması müsbət haldır, çünki bu, bank müştərisi olan təsərrüfat subyektlərinin valyuta fəallığını əks etdirir və dolayısı ilə Azərbaycandakı valyuta rejiminin nəticəsidir. Belə ki, xarici ticarət nəticəsində, həmçinin digər xarici mənbələrdən ölkəyə daxil olan valyuta kütləsi banklar vasitəsi ilə cari və digər hesablaşmalar üçün manata çevrilir ki, digər tərəfdən isə ölkə daxilində əsas hesablaşma vahidi olan manat xarici ticarət əməliyyatları, xariclə hesablaşmaların aparılması və s. məqsədlərlə valyutaya konvertasiya olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR