Bank Of Baku

Azərbaycan Banklar Assosiasiyası ipoteka qanunvericiliyinə dəyişikliklərin edilməsi ilə bağlı yeni layihə hazırlayır

Azərbaycan Banklar Assosiasiyası ipoteka qanunvericiliyinə dəyişikliklərin edilməsi ilə bağlı yeni layihə hazırlayır
# 17 noyabr 2008 08:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkənin ipoteka kreditləşməsi ilə bağlı mövcud qanunvericilik bazasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı «İpoteka haqqında qanuna təkliklər» adlı yeni layihə hazırlayır.
ABA-nın icraçı direktoru Fərhad Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, ipoteka qanunvericiliyi ilə bağlı təkliflər Assosiasiyanın hüquqi məsələlərə dair ekspert qrupunun nəzdində yaradılan ipoteka qanunvericiliyinin təkmilləşdirilməsi üzrə işçi qrupu tərəfindən hazırlanır: «Təkliflər artıq bütün bank təşkilatlarına göndərilib. Bu ilin noyabr ayının sonunadək banklar təkliflərlə bağlı öz rəyini bildirməlidir və yeni təkliflər ABA-nın dekabr ayında keçiriləcək iclasında müzakirəyə çıxarılacaq».
Qeyd edək ki, sənəd tam hazır olmadığına görə F.Əliyev təkliflərin mahiyyəti ilə bağlı ətraflı məlumat verməsə də, bunların əsasən mövcud ipoteka kreditləşməsi şərtlərinin yumşaldılmasına istiqamətləndiyini vurğulayıb.
Xatırladaq ki, ABA 1990-cı ilin mart ayından fəaliyyət göstərir. Hazırda quruma 44 bank və 4 qeyri-bank təşkilatı üzvdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR