Bank Of Baku

Azərbaycanda keçirilən son hərracda 5 dövlət obyekti satılıb

Azərbaycanda keçirilən son hərracda 5 dövlət obyekti satılıb
# 17 noyabr 2008 09:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən noyabrın 11-də respublikanın şəhər və rayonları üzrə keçirilmiş son hərracda 5 obyekt satılıb. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib.
Bunlardan 3-ü İstehsalat və Xidmət Müəssisələrini İdarəetmə Mərkəzinin (İXMİM) (Gəncədə yerləşən «İnşaatçılar» mədəniyyət sarayı, İsmayıllıdakı 1 saylı texniki xidmət emalatxanası və Göyçayda 70 mənzilli yaşayış binasının yarımçıq tikilisi), ikisi isə Təhsil Nazirliyinin (Göygöldəki 4 saylı uşaq bağçası, Lerikdəki texniki peşə məktəbinin yataqxanasının yarımçıq tikilisi) müəssisələridir.
Satılmış obyektlərin tam qiyməti 248 294 manat, ilkin satış qiyməti 223 783 manat təşkil edib. Obyektlər ümumilikdə 223 783 manat qiymətinə satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR