Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının Dubay nümayəndəliyi açılıb

Azərbaycan Beynəlxalq Bankının Dubay nümayəndəliyi açılıb
# 17 noyabr 2008 10:12 (UTC +04:00)
Bakı. Elmin İbrahimov – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) nümayəndəliyinin açılış mərasimi keçirilib. «APA-Economics»in məlumatlına görə, tədbirdə bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev, Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadə, BƏƏ-dəki Azərbaycan Cəmiyyətinin sədri Samir İmanov və digər rəsmi şəxslər və biznes dairələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə BƏƏ ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə toxunulub, bu ölkədə ABB-nin nümayəndəliyinın açılmasının biznes əlaqələrinin daha da inkişaf etdirilməsinə təkan verəcəyi qeyd olunub.
Qeyd edək ki, ABB gələcəkdə Dubay nümayəndəliyinin statusunun törəmə qurum səviyyəsinə çatdırılmasına dair hazırda BƏƏ hökuməti ilə danışıqlar aparır. Belə ki, iki bu ilin may ayında ölkə arasında imzalanmış protokol çərçivəsində aparılan müzakirələr nəticəsində Dubay nümayəndəliyinin törəmə banka çevrilməsi Azərbaycanı MDB ölkələri arasında birinci olacaq BƏƏ-nin bank sektorunda yüksək səviyyəli iştirakçı dövlətə çevirəcək. Lakin bu məsələnin həlli BƏƏ-nin qanunvericiliyində gözlənilən müvafiq dəyişiklikdən sonra mümkün olacaq. Belə ki, bu ölkənin qanunlarına görə, xarici bankların ölkə ərazisində fəaliyyətinə qadağa var və yaxınlarda bu qadağanın ləğv olunacağı gözlənilir.
Qeyd edək ki, ABB-yə «Fitch» agentliyi tərəfindən «BB+» və «Moody’s Investors Service» agentliyindən «Baa2» reytinqləri verilib.
Nizamnamə kapitalında dövlətin iştirak payı (50,2%) olan bankın «ABB-Moskva», «ABB-Gürcüstan», Beynəlxalq Sığorta Şirkəti, «Azericard» Prosessinq Mərkəzi və «Joint Leasing» şirkətinin təsisçisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR