Bank Of Baku

Azərbaycanda xarici kapitallı bankların kreditləşmədə iştirakı artır

Azərbaycanda xarici kapitallı bankların kreditləşmədə iştirakı artır
# 17 noyabr 2008 11:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən xarici kapitallı bankların ölkə üzrə ümumi bank kreditlərinin portfelində xüsusi çəkisi 2008-ci ilin oktyabr ayının 1-nə 29,7% təşkil edib.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata görə, bankların ümumi kredit portfelinin həcmi 6 604,7 mln. manat olduğu halda, xarici kapitallı bankların payına 1 962 mln. manat düşür. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 45 bankdan 23-də xarici kapitalın iştirakı var.
Xarici kapitallı bankların ümumi kredit portfelində xüsusi çəkisinin göstəricisi ilbəil artır. Belə ki, ötən ilin oktyabrın 1-də bu göstərici 25%, 2006-cı ilin sonunda 23,1%, 2005-ci ilin sonunda isə 18,3% təşkil edib. Eyni zamanda, ötən ilin oktyabrın 1-nə Azərbaycanda 21, 2006-cı ilin sonuna 20, 2005-ci ilin sonuna 18 xarici kapitallı bank fəaliyyət göstərib.
Qeyd edək ki, xarici bankların kredit portfeli son bir il ərzində 2,1 dəfə artıb. Bu göstərici xarici kapitalın Azərbaycanın bank kreditləşməsində iştirakının artmasını əks etdirsə də, say nisbətində (23/45) mütənasib miqdara çatmır. Lakin vurğulamaq lazımdır ki, ümumi kredit portfelinin 40%-i nəzarət zərfi dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankının payına düşür. Bu göstərici nəzərə alınmasa, xarici kapitallı bankların ümumi kredit portfelindən xüsusi çəkisi 49,4%-ə çatır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR