Bank Of Baku

«Moody’s» Agentliyi: Azərbaycanda dollarlaşma yüksək səviyyədədir

«Moody’s» Agentliyi: Azərbaycanda dollarlaşma yüksək səviyyədədir
# 17 noyabr 2008 11:28 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, hesabatda bildirilir ki, ölkənin bank sistemi güclü iqtisadi artımdan faydalansa da, bu sahədə mühitlə bağlı hələ də problemlər mövcuddur.
Agentlik mütəxəssisləri hesab edirlər ki, tənzimləmə və nəzarət-müşahidə sistemində əhəmiyyətli inkişafa nail olunmasına baxmayaraq, bu sahədə hələ də əsaslı təcrübə və yetkinlik əldə olunmayıb. «Son illər Azərbaycanda sağlam makroiqtisadi şərait, ölkə hökumətinin iqtisadiyyatın qeyri-neft sektorunun diversifikasiyası və genişləndirilməsi istiqamətində səyləri ilə bankların imtiyazlı inkişafına töhfə verib. Buna baxmayaraq, Azərbaycan əməliyyat-fəaliyyət mühiti əsasən problemlidir və iqtisadiyyatın bəzi sahələri neftin qiymət dəyişməsindən olduqca asılı vəziyyətdədir», - deyə hesabatın müəllifi, agentliyin analitiki Lev Dorf qeyd edib.
Hesabata əsasən, Azərbaycanın bank sistemi əsasən iki qrup arasında qeyri bərabər paylanır: bank sisteminin ümumi aktivlərin 70%-nə sahib olan 6 bankdan ifrat asılılığı, həmçinin qalan 40-ya bankın daxil olduğu ikinci qrupda nisbi pərakəndəlik müşahidə olunur. Son özəlləşdirmədən sonra ölkədə yalnız bir dövlət bankı (Azərbaycan Beynəlxalq Bankı) qalsa da, bu bank hələ də dominant rolu oynayır.
Bundan başqa, ölkənin bank sistemdə xarici iştirak orta səviyyədə olsa da, hazırkı makroiqtisadi stabillik və bazarın imkanları fonunda xarici bankların yerli banklarda pay almaq həvəsi perspektivdə xarici kapitalın iştirak payının artacağını proqnozlaşdırmağa imkan verir.
Eyni zamanda, agentlik Azərbaycanı ABŞ valyutasında ifadə olunan aktivlərin və depozitlərin yüksək payı ilə səciyyələnən dollarlaşmış ölkə hesab edir.
Agentlikdə hesab edirlər ki, Azərbaycan hökuməti müəyyən resurs azlığından əziyyət çəkən banklara sistemli dəstəyin göstərilməsinə dair qərar qəbul edə bilər. Bu ideya ölkənin bank sektorunda tənzimləyici praktikanı və ötən 20 il boyunca onun inkişafının tarixini nəzərə alır: «Biz Azərbaycan Milli Bankı tərəfindən nəzarət mexanizminin təkmilləşdirilməsi istiqamətində mütəmadi atdığı addımları müsbət qiymətləndiririk və onun risklərin qiymətləndrilməsi planını alqışlayırıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR