Bank Of Baku

Azərbaycanda pul bazası noyabrın əvvəlindən 0,5% genişlənib

Azərbaycanda pul bazası noyabrın əvvəlindən 0,5% genişlənib
# 17 noyabr 2008 12:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin noyabr ayının ortası vəziyyətinə Azərbaycanda pul bazasının həcmi 4 104 mln. manat təşkil edib. Azərbaycan Milli Bankdan (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, bu ayın əvvəlindən pul bazası 0,5% genişlənib. Eyni zamanda, ötən ilin noyabr ayı ilə müqayisədə pul bazası 63,6%, cari ilin əvvəlindən isə 27,4% artıb.
Qeyd edək ki, pul bazasına bank ehtiyatları ilə yanaşı daxil olan nağd pul kütləsinin illik artımı 76% təşkil edir, yəni pul bazasının genişlənməsi əsasən bunun hesabına əmələ gəlib. Eyni zamanda, nağd pulların pul bazasında xüsusi çəkisi 87% təşkil edir. Bu göstəricinin 85-90% arasında olması son illər ənənəvi xarakter alıb və mərkəzi bankda olan bankların ehtiyatlarının xüsusi çəkisinin az olduğunu göstərir.
Xatırladaq ki, pul siyasətinin əsas göstəricilərdən biri olan pul bazası mərkəzi bankın ehtiyat pulları sayılır və onun təmin edilməmiş pul kütləsinin artırılması pul tələbatının tənzimlənməsi və ümumilikdə pul siyasətinin həyata keçirilməsi imkanlarını əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR