Bank Of Baku

«Texnikabank» son bir ildə aktiv plastik kartların sayını 20% artırıb

«Texnikabank» son bir ildə aktiv plastik kartların sayını 20% artırıb
# 17 noyabr 2008 14:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankının (SKB) aktiv plastik kartlarının sayı 2008-ci ilin noyabr ayının 1-nə 41 309-a çatıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20,3% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Texnikabank» bu ilin sonunadək bankomatların sayını 50-yə, POS-terminalların sayını 400-ə, kartların sayı isə 45 minə çatdırmaq niyyətindədir.
Xatırladaq ki, Azərbaycanın ən iri banklarından olan «Texnikabank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 439,644 mln. manat, kredit portfeli 305,886 mln. manat, depozit portfeli 134 mln. manat, məcmu kapitalı 57,438 mln. manat, o cümlədən nizamnamə kapitalı 26,912 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 35 filialı, 48 bankomatı və 327 POS-terminalı, 5 mübadilə məntəqəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR