Bank Of Baku

«Azər-Asiya» sığorta şirkətinin səhmdarlarının toplantısı gələn ay keçiriləcək

«Azər-Asiya» sığorta şirkətinin səhmdarlarının toplantısı gələn ay keçiriləcək
# 18 noyabr 2008 08:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin dekabr ayının 1-də Tehranda (İran) «Azər-Asiya» Azərbaycan-İran sığorta şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, noyabr ayında keçiriləcək iclasın təxirə salınması iranlı səhmdarların həmin vaxt xarici səfəri ilə bağlı olub. Qeyd edək ki, iclasda şirkətin gələcək fəaliyyət planı, təşkilati məsələlər, hazırkı maliyyə durumu və nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi kimi məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, bu ilin fevral ayının 11-də Azərbaycan Maliyyə Nazirliyi «Azər-Asiya» sığorta şirkətinin lisenziyasının müddətinin uzadılmasından imtina edib. Şirkətin lisenziyasının dayandırılmasına əsas səbəb nazirlik tərəfindən aparılan yoxlamalar zamanı şirkətin sığorta qanunvericiliyinə əməl etməməsi və lisenziyanın tələblərinə və şərtlərinə uyğunsuzluğu olub.
Qeyd edək ki, iranlı səhmdarlar isə Azərbaycan Maliyyə Nazirliyi tərəfindən şirkətin lisenziyasının dayandırılmasını qeyri-qanuni hesab edir. İranlı səhmdarlar yol verilmiş nöqsanların aradan qaldırmağa, həmçinin şirkətin nizamnamə fondunun 10 mln. manatadək artırılmasına razıdırlar.
Təsisçisi İranın «Asiya Sığorta» (49%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (51%) olan «Azər-Asiya» sığorta şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edib. Şirkət indiyədək 7 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR