Bank Of Baku

«AIG Caspian İnsurance» yanvar-oktyabr aylarında sığorta haqlarını 12% azaldıb

«AIG Caspian İnsurance» yanvar-oktyabr aylarında sığorta haqlarını 12% azaldıb
# 18 noyabr 2008 08:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AIG Caspian İnsurance» Azərbaycan-ABŞ sığorta şirkətinin («American İnternational Group Caspian İnsurance») 2008-ci ilin yanvar-oktyabr aylarında topladığı sığorta haqlarının həcmi 1,3 mln. manat təşkil edib ki, bu da 2007-ci ilin müvafiq dövrünün analoji göstəricisi ilə müqayisədə 12,4% azdır.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 3 dəfə artaraq 161 min manata çatıb.
Qeyd edək ki, bu ilin 10 ayında şirkət 53 min manat həcmində mənfəət əldə edib.
Xatırladaq ki, «AIG Caspian İnsurance» sığorta şirkəti Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri sırasına yerli «Caravan İnvestment» (51%) və ABŞ-ın «American International Group İnc.» (49%) daxildir. Bu ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 3,5 mln. manat təşkil edib. Hazırda şirkət 7 könülü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR