Bank Of Baku

Dünya Bankının vitse-prezidenti Azərbaycana gəlib

Dünya Bankının vitse-prezidenti Azərbaycana gəlib
# 18 noyabr 2008 08:24 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə DB-nın Bakı ofisindən məlumat verilib.
«Səfərin əsas məqsədi noyabrın 19-21-də Bakıda keçiriləcək Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) üzrə iştirakçı ölkələrin rəsmi şəxslərin iclası və CAREC üzrə Nazirlər Konfransında iştirak etməkdir. Bundan başqa, Ş.Katsu DB-nın Azərbaycanda həyata keçirdiyi layihələrin icrası ilə tanış olacaq», - deyə ofisdən bildirilib.
Qeyd edək ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar həcmində 42 kredit ayırmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR