Bank Of Baku

Bakıda MDB Vergi orqanları rəhbərlərinin Koordinasiya Şurasının iclası keçiriləcək

Bakıda MDB Vergi orqanları rəhbərlərinin Koordinasiya Şurasının iclası keçiriləcək
# 18 noyabr 2008 08:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Noyabrın 21-də Bakıda MDB Vergi orqanları rəhbərlərinin Koordinasiya Şurasının XV iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Vergilər Nazirliyindən məlumat verilib.
İclasda MDB ölkələrinin vergi xidmətləri arasında əlaqələrin genişləndirilməsi, vergi cinayətkarlığı və vergidən yayınmalarla birgə mübarizə tədbirləri və s. məsələlərin müzakirəsi gözlənilir.
Tədbirdə Rusiya, Qazaxıstan, Ukrayna, Moldova, Tacikistan, Özbəkistan, Qırğızıstan və Belarusdan nümayəndələr iştirak edəcəklər.
İclas iştirakçıları həmin gün Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən III Vergi Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasiminə də qatılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR