Bank Of Baku

«AzSığorta» yaxın günlərdə ilk ISO sertifikatını alacaq

«AzSığorta» yaxın günlərdə ilk ISO sertifikatını alacaq
# 18 noyabr 2008 08:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti bu həftənin sonunadək keyfiyyət menecmenti sistemi üzrə «Moody’s» Reytinq Agentliyindən İSO:9001-2000 sertifikatını alacaq. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlı bildirib.
X.Məmmədxanlının sözlərinə görə, sertifikasiya prosesi ilə bağlı artıq şirkətdə audit başlanılıb və bunun da yaxın günlərdə başa çatacağı gözlənilir.
Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayından fəaliyyətə başlayıb. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Şirkət 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Hazırda şirkətin respublika üzrə 7 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR