Bank Of Baku

Azərbaycanda pul tədavülü əmsalı normanı dəfələrlə üstələyir

Azərbaycanda pul tədavülü əmsalı normanı dəfələrlə üstələyir
# 18 noyabr 2008 09:08 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pul tədavülü əmsalı 2008-ci ilin oktyabr ayının 1-i vəziyyətinə 5,5-ə bərabər olub. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 1-nə ÜDM-in həcmi 30 370 mln. manat, pul kütləsinin həcmi isə 5 515 mln. manat təşkil edib. ÜDM-in pul kütləsinə bölünməsi yolu ilə hesablanan pul tədavülü əmsalı ölkənin əsas pul-kredit və makroiqtisadi göstəricilərdən biridir. Qeyd edək ki, bu əmsal son bir ildə 0,6 bənd artıb, cari ilin ilk 9 ayı ərzində isə 0,6 bənd düşüb.
Pul tədavülü əmsalının tendensiyası iqtisadiyyatda ölkənin emissiya olunan pula tələbatının dinamikasını əks etdirir və bir pul vahidi tərəfindən yaradılan ÜDM-in miqdarını əks etdirir. İnkişaf etmiş ölkələrdə bu əmsal 1,2-1,8 təşkil edir və bu il ərzində bir pul vahidinin neçə dəfə dövr edərək bank kassasına qayıtmasını göstərir. Aydındır ki, əmsalın yüksək olması iqtisadiyyatda qısamüddətli maliyyə qoyuluşları və qısamüddətli pul-əmtəə tədavülünün göstəricisidir. Azərbaycanda bir sıra müsbət amillər fonunda (uzunmüddətli kreditlərin həcminin artması, birbaşa xarici investisiyaların axını, daxili valyuta bazarının fəallığı və s.) əhəmiyyətli nisbi makroiqtisadi göstəricilər hələ də normadan uzaqdır. Xatırladaq ki, Azərbaycanda monetləşmə əmsalı 20%-ə çatmır, halbuki sağlam iqtisadiyyatda bu göstərici təxminən 80%-ə bərabər olmalıdır. Göründüyü kimi, pul tədavülü və monetləşmə əmsalları tam əks proporsional göstəricilərdir və onların hər biri iqtisadiyyatın təhlili üçün çox əhəmiyyətlidir, Azərbaycan iqtisadiyyatının pul-kredit siyasətinin yumşalmasının zəruriliyini əks etdirir. Son bir ay ərzində Milli Bankın uçot dərəcəsini 15%-dən 10%-dək azaltması real iqtisadiyyatda pul kütləsinin artması üçün nə qədər faydası olduğu hələ sual altındadır. Çünki uçot dərəcəsinə birbaşa təsiri olan banklar hələ də real iqtisadiyyatın əsas maliyyələşdirmə mənbəyinə çevrilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR