Bu əmsalın ən sadə hesablanması mexanizmi isə bankların məcmu kapitalının aktivlərin həcminə nisbətinin çıxarılması prinsipinə əsaslanır. Banklar fəaliyyətin minimal kapital əsasında qurulmasının tərəfdarı olsa da, bank sektorunda tənzimləyici funksiyalarını yerinə yetirən dövlət qurumları əksinə, kapitalın həcminin mütəmadi artırılmasının lehinə çıxış edir. Çünki kapitalın yetərliliyi bankın ümumi etibarlılığını qiymətləndirməyə əsas verir.
Ekspertlərin fikrincə, məhz bu göstərici bankın əmanətçilərə maddi ziyan vurmadan hansı səviyyədə zərəri maliyyələşdirmək iqtidarında olduğunu əks etdirir.
Aşağıdakı cədvəldə ölkədəki bankların kapitalın yetərliliyi əmsalı (01.10.2008-ci il vəziyyətinə) barədə məlumat verilir:
Banklar | Məcmu kapital / Aktivlər (%) | |
1 | Melli İran Bankı-Bakı | 60,6 |
2 | Paşa Bank | 58,6 |
3 | Kredo Bank | 49,5 |
4 | Birlik Bank | 44,2 |
5 | Azərbaycan Kredit Bankı | 43,4 |
6 | Deka Bank | 41,3 |
7 | Gəncəbank | 40,8 |
8 | Bank Avrasiya | 40,8 |
9 | United Credit Bank | 40,1 |
10 | Günaybank | 40,1 |
11 | NBCBank | 39,8 |
12 | Debut Bank | 33,9 |
13 | Atrabank | 33,7 |
14 | Əmrahbank | 33,6 |
15 | Qafqaz İnkişaf Bankı | 31,6 |
16 | Azər-Türk Bank | 28,5 |
17 | Azərbaycan Sənaye Bankı | 23,5 |
18 | AccessBank | 21,2 |
19 | Turanbank | 20,7 |
20 | YapıKredi Bank Azerbaijan | 20,3 |
21 | Royal Bank of Baku | 19,3 |
22 | Parabank | 18,9 |
23 | Bank of Azerbaijan | 18,7 |
24 | Kapital Bank | 17,6 |
25 | Muğan Bank | 16,3 |
26 | Azerdemiryolbank | 15,1 |
27 | AtaBank | 14,0 |
28 | AGBank | 13,8 |
29 | Bank of Baku | 13,8 |
30 | UniBank | 13,7 |
31 | Texnikabank | 13,1 |
32 | Bank Standard | 13,0 |
33 | Rabitabank | 12,8 |
34 | Xalg Bank | 12,2 |
35 | Zamin Bank | 12,0 |
36 | Bank Respublika | 10,8 |
37 | Nikoil Bank | 8,9 |
38 | Azərbaycan Beynəlxalq Bankı | 7,8 |
Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 45 bank kredit təşkilatı fəaliyyət göstərsə də «APA-Economics»in renkinqində yalnız 38 bankın göstəriciləri əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və digər subyektiv səbəblərlə bağlıdır.
Kapitalın yetərliliyi əmsalına gəldikdə isə, ilk yeri respublikanın ən iri bankı - Azərbaycan Beynəlxalq Bankı (ABB) deyil, Melli İran Bankının Bakı filialı tutub. Belə ki, bu bank üzrə kapitalın yetərliliyi əmsalı 60,6%-ə bərabərdir (Melli İran Bankı-Bakı məcmu kapital üzrə renkinqdə 35-ci yeri tutub). ABB isə 7,8% göstəricisi ilə sonuncu pillədə qərarlaşıb.
Lakin nəzərə almaq lazımdır ki, beynəlxalq təcrübəyə əsasən, kapitalın yetərliliyi əmsalının 10-20% civarında olmağı daha məqsədəuyğundur və bu, bankın etibarlı olduğunu göstərir. Həmin əmsalın həddindən artıq yüksək olması isə əksər hallarda bankların aktivlərin cəlb olunması sahəsində mövcud problemləri ilə bağlıdır. Yəni, yuxarıdakı renkinqin ikinci yarısında (son iki yer istisna olmaqla) yerləşən bankların vəziyyətini müsbət qiymətləndirmək mümkündür.