Bank Of Baku

Azərbaycanda gələn il iqtisadi islahatların aparılması üçün dövlət büdcəsi vəsaitindən səmərəli istifadəsinə dair təkliflər toplanır

Azərbaycanda gələn il iqtisadi islahatların aparılması üçün dövlət büdcəsi vəsaitindən səmərəli istifadəsinə dair təkliflər toplanır
# 18 noyabr 2008 11:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi 2009-cu ilə dövlət büdcəsinin «İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər» maddəsində nəzərdə tutulan vəsaitdən səmərəli və məqsədyönlü istifadə olunması məqsədilə təkliflərin qəbulu üzrə müsabiqə elan edib.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, təkliflər texniki tapşırıq formasında təqdim olunmalıdır. Texniki tapşırıqda layihələrin qısa məzmunu, məqsədi, icra müddəti, xərclər smetası, idarə olunma sxemi, strukturu, rəhbəri və icraçıları barədə məlumat öz əksini tapmalıdır. Layihənin dəyəri 50 min manatdan çox, müddəti 1 ildən artıq olmamalı və 2009-cu ilin dekabr ayını keçməməlidir.
Müsabiqədə iştirak etmək istəyənlər təkliflərini bu ilin dekabrın 8-dək təqdim etməlidir.
Əlaqə telefonu: (+994 12) 493-88-67.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR