Bank Of Baku

Azərbaycan Rusiyanın transsərhəd pul köçürmələrində lider ölkələr sırasındadır

Azərbaycan Rusiyanın transsərhəd pul köçürmələrində lider ölkələr sırasındadır
# 18 noyabr 2008 13:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin III rübü ərzində Rusiya Federasiyasından fiziki şəxslər tərəfindən MDB ölkələrinə 4,7 mlrd. ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib. «APA-Economics»in məlumatına görə, bu barədə Rusiya Bankı (mərkəzi bank) fiziki şəxslərin transsərhəd pul köçürmələrinə dair hesabatında deyilir. Hesabat qeyd olunur ki, bu göstərici əvvəlki rübə nibətən 37%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 56% çoxdur.
Artım əsasən Özbəkistan (+67,8%), Tacikistan (+51%), Ermənistan (+34,9%) və Azərbaycanın (+34,6%) hesabına formalaşıb. Ümumilikdə, Rusiyanın MDB ölkələri ilə transsərhəd pul köçürmələrinin ümumi strukturunda bu ölkələrin payı 61,4% təşkil edir.
Rusiya Bankının hesablamalarına görə, hazırda RF-də 15 mln. əmək miqrantı var ki, bunlar qazanılan pulların əksəriyyətini öz ölkələrinə göndərir. Eyni zamanda, Rusiya Bankı bu ölkədə qazanılan və MDB ölkələrinə göndərilən pulları həmin ölkələrin iqtisadiyyatının inkişafına yönəldilən əsas investisiya mənbəyi kimi qiymətləndirir. Belə ki, Rusiyadan Tacikistana köçürülən pulların həcmi bu ölkənin ÜDM-inin 1/6 hissəsini təşkil edir. Bundan başqa, III rübdə Ukraynaya 688 mln. dolların göndərildiyi xüsusi vurğulanır.
«APA-Economics»in məlumatına görə, Azərbaycanın bu ölkələr sırasına aid edilməsi düzgün deyil. Belə ki, Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin illik həcmi 300-350 mln. dollar təşkil edir. Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi isə ötən il 6,8 mlrd. manata (təxminən 8,4 mlrd. dollar) bərabər olub. Bu isə Rusiyadan daxil olan pul köçürmələrinin mumi şəcmindən 24 dəfə çoxdur. Bununla yanaşı qeyd etmək lazımdır ki, bu məbləğ Azərbaycanın digər makroiqtisadi göstəriciləri ilə, o cümlədən əhalinin pul gəlirləri, pərakəndə əmtəə dövriyyəsi, nağd valyuta bazarı və s. müqayisədə də kiçik bir rəqəmdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR