Bank Of Baku

Yanvar-oktyabr aylarında Azərbaycanda iqtisadi inkişaf 13%-ə çatıb

Yanvar-oktyabr aylarında Azərbaycanda iqtisadi inkişaf 13%-ə çatıb
# 18 noyabr 2008 14:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan iqtisadiyyatında istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 12,7% artaraq 32 542,4 mln. manata çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əlavə dəyərin əsas hissəsi (74%-i) iqtisadiyyatın istehsal sahələrində yaradılıb, onun həcmi isə 2007-ci ilin eyni dövrünə nisbətən 13% artıb. Xidmət sahələrində əvvəlki ilə nisbətən 11,1% çox əlavə dəyər istehsal edilib, onun ÜDM-də xüsusi çəkisi isə əvvəlki ildəki 21,9%-dən 18,7%-dək azalıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3%-ni təşkil edib.
Hesabat dövründə sənayedə 20 029,4 mln. manatlıq, yaxud ÜDM-in 61,5%-i qədər, kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında 1 772,6 mln. manatlıq (müvafiq olaraq 5,5%), tikintidə 2 286,2 mln. manatlıq (7%), nəqliyyatda 1 667,7 mln. manatlıq (5,1%), poçt və rabitədə 495 mln. manatlıq (1,5%), topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlərdə 1 591,2 mln. manatlıq (4,9%), mehmanxana və restoran xidmətlərində 244,4 mln. manatlıq (0,8%), sosial və digər xidmətlər sahələrində 2 074,7 mln. manatlıq (6,4%) əlavə dəyər yaradılıb.
ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 11,5% artaraq 3 807 manata (4 616,7 ABŞ dolları) çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR