İqtisadi nəzəriyyəyə əsasən, bu əmsalın müxtəlif hesablama mexanizmləri mövcuddur. Bunlardan biri də bankların mövcud kredit portfelinin depozit portfelinə nisbətinin hesablanması prinsipinə əsaslanır. Bu əmsalın hesablanması bankların maliyyə likvidliyi barədə məlumat verir. Həmin göstərici daha çox bankda depozit açan müştərilər (hüquqi və fiziki şəxslər) üçün maraqlıdır. Çünki məhz bu kateqoriyadan olan müştərilər üçün bankların onların qarşısında olan öhdəliklərinin operativ şəkildə icra etmək qabiliyyətinin qiymətləndirilməsi çox vacibdir.
Aşağıdakı cədvəldə ölkədəki bankların likvidlik əmsalı (01.10.2008-ci il vəziyyətinə) barədə məlumat verilir:
Banklar |
Kredit / Depozit | |
1 | Birlik Bank | 33,00 |
2 | Debut Bank | 22,00 |
3 | Qafqaz İnkişaf Bankı | 11,00 |
4 | AccessBank | 9,22 |
5 | Gəncəbank | 6,73 |
6 | Atrabank | 6,11 |
7 | Deka Bank | 4,05 |
8 | Azərbaycan Kredit Bankı | 3,94 |
9 | Kredo Bank | 3,19 |
10 | UniBank | 3,11 |
11 | Azerdemiryolbank | 2,69 |
12 | United Credit Bank | 2,56 |
13 | Bank Standard | 2,55 |
14 | Günaybank | 2,49 |
15 | NBCBank | 2,39 |
16 | Texnikabank | 2,28 |
17 | Royal Bank of Baku | 2,24 |
18 | Bank of Azerbaijan | 2,12 |
19 | Nikoil Bank | 2,08 |
20 | Muğan Bank | 1,95 |
21 | Zamin Bank | 1,92 |
22 | Bank Respublika | 1,89 |
23 | Turanbank | 1,53 |
24 | Əmrahbank | 1,35 |
25 | Parabank | 1,14 |
26 | AGBank | 1,14 |
27 | Azərbaycan Beynəlxalq Bankı | 1,11 |
28 | Azərbaycan Sənaye Bankı | 1,06 |
29 | Bank of Baku | 1,06 |
30 | Xalg Bank | 1,04 |
31 | Bank Avrasiya | 1,04 |
32 | Azər-Türk Bank | 1,03 |
33 | Melli İran Bankı Bakı | 0,99 |
34 | Rabitabank | 0,91 |
35 | Kapital Bank | 0,84 |
36 | AtaBank | 0,80 |
37 | Paşa Bank | 0,79 |
38 | Yapı Kredi Bank Azerbaijan | 0,20 |
Likvidlik əmsalına gəldikdə isə, beynəlxalq standartlara əsasən, bu göstəricinin optimal həddi 0,9-dan 1,1-ə bərabər və ya maksimum bundan bir qədər yüksək ola bilər. Yəni, kredit və depozit portfelinin eyni səviyyədə olması daha səmərəli sayılır. Həmçinin, faktiki göstərici 1,1-dən nə qədər yüksək olarsa, deməli bankın cari likvidliyi də bir o qədər zəifləyir.
Renkinqdən göründüyü kimi, adları çəkilən 38 bankdan yalnız 7-də (Azərbaycan Beynəlxalq Bankı, «Azərbaycan Sənaye Bankı», «Bank of Baku», «Xalq Bank», «Bank Avrasiya», «Azər-Türk Bank», Melli İran Bankı-Bakı və «Rabitabank») likvidlik əmsalı normal sayıla bilər. Yəni, bu banklar depozit açmaq istəyən müştərilər üçün daha etibarlı bank sayıla bilər. Hətta bunların bəzilərinin kredit portfelini daha da genişləndirmək imkanları var.
Qeyd edək ki, siyahıya başçılıq edən «Birlik Bank», «Debut Bank», «Qafqaz İnkişaf Bankı», «AccessBank», «Gəncəbank» və «Atra Bank»da bu əmsal təxminən 6-33 diapazonunda dəyişir. Yəni, bu banklarda kredit portfeli depozitlərin həcmini 6-33 dəfə (!) üstələyir.