Bank Of Baku

Bakıda Asiya İnkişaf Bankı CAREC Proqramının üzv ölkələrinin yüksək vəzifəli şəxslərin iclası keçirilir

Bakıda Asiya İnkişaf Bankı CAREC Proqramının üzv ölkələrinin yüksək vəzifəli şəxslərin iclası keçirilir
# 19 noyabr 2008 07:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) üzrə iştirakçı ölkələrin yüksək vəzifəli şəxslərin iclası işə başlayıb.
«APA-Economics»in məlumatına görə, iclasa Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Əfqanıstan, Çin, Monqolustan və CAREC Proqramının digər iştirakçı ölkələrinin nümayəndələri qatılıb. Tədbirdə əsasən CAREC-in nəqliyyat və ticarətə dəstək məsələləri üzrə strategiyası müzakirə olunur. İclasda Azərbaycanı CAREC Proqramının ölkə üzrə koordinatoru, İqtisadi İnkişaf Nazirliyi aparatının rəhbəri Samir Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Qeyd edək ki, bundan başqa noyabrın 21-də Bakıda CAREC üzrə VII Nazirlər Konfransı keçiriləcək və həmin tədbirdə AİB-in prezidenti Haruhiko Kurodanın iştirak edəcəyi gözlənilir. AİB prezidenti noyabrın 18-də Ermənistanda, noyabrın 19-da Gürcüstanda rəsmi səfərdə olub və noyabrın 20-də Azərbaycana gələcək. CAREC Proqramının üzv ölkələrinin Nazirlər Konfransında Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan, Əfqanıstan və digər ölkələrdən təxminən 140-a yaxın nümayəndə iştirak edəcək.
Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar həcmində 42 kredit ayırmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR