Bank Of Baku

«Günay-Anadolu» sığorta şirkətinə yeni baş müdir təyin olunub

«Günay-Anadolu» sığorta şirkətinə yeni baş müdir təyin olunub
# 19 noyabr 2008 09:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Günay-Anadolu» Azərbaycan–Türkiyə sığorta şirkətinə yeni baş müdir təyin olunub.
Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu vəzifəyə əvvəllər «Günay-Anadolu» sığorta şirkətinin yanğın sığortası departamentinin müdiri vəzifəsində çalışmış Vüqar Rəcəbov təyin edilib.
Qeyd edək ki, V.Rəcəbovdan əvvəl bu vəzifəni Mehman Əliyev icra edib. Yaxın vaxtlarda isə M.Əliyevin «Bakı Sığorta» şirkətinin İdarə Heyətinə sədr təyin olunacağı gözlənilir.
Xatırladaq ki, «Günay-Anadolu» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 2,193 mln. ABŞ dolları, sığorta ödənişləri isə 119,404 min dollar olub. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 806,502 min manat təşkil edib. Hazırda şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR