Bank Of Baku

Azərbaycanda xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın həcmi 13% azalıb

Azərbaycanda xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın həcmi 13% azalıb
# 19 noyabr 2008 10:09 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda xarici mənbələrdən əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmi ötən ilin analoji göstəricisi ilə müqayisədə 13,2% azalıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə xarici mənbələrdən əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmi 1,875 mlrd. manat təşkil edib. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən 2008-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilən xarici investisiyanın 1 760,1 mln. manatı (93,9%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Koreya və Almaniya investorlarına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR