Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, cari ilin yanvar-sentyabr ayları ərzində dollarla aparılan nağd mübadilə əməliyyatları üzrə orta məzənnə 0,8263 manat təşkil edib ki, bu da ötən ilin orta məzənnəsindən 0,03 manat və ya 3,9% azdır. Avro üzrə eyni göstərici 1,2580 manat təşkil edib ki, bu da dollardan fərqli olaraq ötən ilin orta məzənnəsindən 0,07 manat və ya 5,4% çoxdur.
Eyni zamanda bildirilir ki, cari ildə aylıq göstəricilər üzrə həm dollar, həm avro ilə əməliyyatların orta məzənnələrinin enməsi tendensiyası müşahidə olunur:
Göründüyü kimi, 2008-ci ilin avqust ayından, yəni dünyada dolların avroya qaşı möhkəmlənməsi başlayandan sonra, Azərbaycanda da dollar manata qarşı möhkəmlənir. Dünya bazarlarında dolların avroya qarşı yüksəlməsi Azərbaycanda əsasən avronun ucuzlaşmasında öz əksini tapıb ki, bu da dolların ölkə iqtisadiyyatındakı rolunun daha yüksək olması ilə bağlıdır. Unutmayaq ki, dolların Azərbaycanda da xaricdə olduğu səviyyədə yüksəlməsi bir o qədər də əhəmiyyətə malik olmayan avronun ucuzlaşmasından daha mənfi təsirli ola bilərdi. Burada vurğulamaq lazımdır ki, nağd valyuta məzənnələri rəsmi məzənnələrlə əlaqəlidir və dolların avroya qarşı yüksəlməsi daha çox avronun manata qarşı ucuzlaşdırılması müstəvisinə keçirdilməsi Milli Bank tərəfindən aparılıb.