Bank Of Baku

«Günay Anadolu» sığorta şirkəti yanvar-oktyabr aylarında daxilolmalarını 3,2 dəfə artıb

«Günay Anadolu» sığorta şirkəti yanvar-oktyabr aylarında daxilolmalarını 3,2 dəfə artıb
# 19 noyabr 2008 11:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Günay Anadolu» Azərbaycan-Türkiyə sığorta şirkətinin 2008-ci ilin yanvar-oktyabr aylarında topladığı sığorta haqlarının həcmi 3,079 mln. ABŞ dolları təşkil edib ki, bu da 2007-ci ilin analoji dövrü ilə müqayisədə 3,2 dəfə çoxdur.
«Günay Anadolu» sığorta şirkətindən «APA-Economics»ə verilən məlumat görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 71,1% azalaraq 137,3 min dollar olub.
Toplanan sığorta haqlarında ən çox daxilolmalar «Yanğın sığortası» (1,581 mln. dollar), «Montaj sığortası» (1,075 mln. dollar), «Avtonəqliyyat vasitələrinin sığortası» (0,242 mln. dollar) və «Həyat sığortası» (0,09 mln. dollar) növlərinin payına düşüb.
Sığorta ödənişlərinin strukturunda isə ən çox ödəniş «Avtonəqliyyat vasitələrinin sığortası» (0,076 mln. dollar), «Həyat sığortası» (0,029 mln. dollar) və «Yanğın sığortası» (0,024 mln. dollar) növləri üzrə ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında şirkət tərəfindən 1 627 sığorta müqaviləsi bağlanılıb və bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,1% çoxdur. Lakin ötən ilin oktyabr ayı ilə müqayisədə şirkətin bağladığı müqavilələrin sayı 2,1% azalaraq 92-yə düşüb.
Xatırladaq ki, «Günay Anadolu» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 806,502 min manat təşkil edib. Hazırda şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR