Bank Of Baku

«Bank Standard» son bir ildə aktivlərini 5% artırıb

«Bank Standard» son bir ildə aktivlərini 5% artırıb
# 19 noyabr 2008 11:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin noyabr ayının 1-nə 652,6 mln. manat təşkil edib ki, bu da ötən ilin noyabrın 1-nə olan analoji göstəricidən 5,3% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 7,7% artaraq 435,3 mln. manata, depozit portfeli isə 36,5% azalaraq 174,3 mln. manata çatıb. Həmçinin, bu müddət ərzində məcmu kapital 30% artaraq 89,7 mln. manat, o cümlədən nizamnamə kapitalı 29,1% artaraq 64,6 mln. manat təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında bankın gəlirləri 75,7% artaraq 93 mln. manat, xərcləri isə 92,2% artaraq 60,6 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 42,1% azalaraq 12,597 mln. manat təşkil edib.
Bundan başqa, bu müddət ərzində bank əlavə 5 filial açıb, həmçinin 10 bankomat və 167 POS-terminal quraşdırıb.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 16 filialı, 48 bankomatı və 350 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR