Bank Of Baku

«FINCA Azerbaijan» təşkilatı ilin əvvəlindən kredit portfelini 52% artırıb

«FINCA Azerbaijan» təşkilatı ilin əvvəlindən kredit portfelini 52% artırıb
# 19 noyabr 2008 12:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi 2008-ci ilin noyabr ayının 1-nə 67,234 mln. ABŞ dolları təşkil edib ki, bu da cari ilin yanvar ayının 1-nə olan göstəricidən 52% çoxdur.
Təşkilatın xüsusi layihələr üzrə koordinatoru Zaur Nurməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, kreditlərin 33,685 mln. dolları (50,1%) qruplar üzrə, 33,549 mln. dolları isə fərdi qaydada verilib.
Z.Nurməmmədovun sözlərinə görə, cari ilin yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə qruplar üzrə 47,6%, fərdi kreditlər üzrə isə 56,2% artım müşahidə olunub.
Həmçinin, təşkilatın bu ilin yanvar-oktyabr aylarında müştərilərin sayı 15,2% artaraq 85 542 nəfərə çatıb ki, bunun da 64 806 nəfəri qrup müştəriləri, 20 736 nəfəri isə fərdi müştərilərdir.
Bundan başqa, təşkilat bu ilin oktyabr ayı ərzində 10,487 mln. dollar həcmində kredit verib ki, bunun da 5,398 mln. dollarını qrup kreditləri, 5,089 mln. dollarını isə fərdi kreditlər təşkil edib.
Xatırladaq ki, «FINCA Azerbaijan» qeyri-bank təşkilatı kreditləri həmrəy kredit qrupu üzrə ayıq 2,5-3%, kənd kredit qrupu üzrə 3,5%, fərdi qaydada isə 2-3%-lə verir.
Təsisçisi ABŞ-ın «FINCA İnternational» təşkilatı olan «FINCA Azerbaijan» qeyri-bank kredit təşkilatı Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə qurumun nizamnamə kapitalı 5 min dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR