Bank Of Baku

Dollar mövqeyini zəiflətsə də, yaxın perspektiv üçün onun alternativi yoxdur

Dollar mövqeyini zəiflətsə də, yaxın perspektiv üçün onun alternativi yoxdur
# 19 noyabr 2008 13:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Hazırda dünya miqyasında müşahidə olunan maliyyə və iqtisadi böhranlar nəticəsində əksər ölkələr dünya maliyyə sisteminin strukturunun dəyişdirilməsi təklifləri ilə çıxış edir. Bu prosesin bir mərhələsi dünya valyutalar səbətinin dəyişməsi formasında reallaşa bilər. Ümumilikdə, dünya maliyyə sisteminin dolların liderliyi olmadan fəaliyyət göstərməsi barədə tezislər artıq çoxdan səslənir və böhran bu diskussiyanı daha da aktivləşdirib. Çünki ABŞ iqtisadiyyatının kəskin böhran vəziyyətinə düşməsi, ölkənin həddindən yüksək səviyyədə olan büdcə kəsiri, ABŞ şirkətlərinin kapitallaşmasının aşağı düşməsi dollara olan etibarı azaldır. Qeyd edək ki, hazırda dünyada müşahidə olunan dolların bahalaşması yalnız qısamüddətli xarakter daşıdığına görə, əksər ekspertlər bunu etiraf edir.
«APA-Economics»in məlumatına görə, dünya bazarında vəziyyətin pisləşməsi nəticəsində artıq dollardan imtina prosesi başlayıb. İlk növbədə bunu Venesuela, İran və Argentina bəyan edib. Hazırda Rusiya və Çin də bu barədə bəyanatlarla çıxış edir. Rusiya ilk əvvəl MDB məkanında enerji sahəsində hesablaşmaları rubla çevirməyi planlaşdırır. Çin isə liberal mövqedən çıxış edərək xarici ticarətdə regional valyutalardan istifadəni artırmağı təklif edir.
Qeyd edək ki, dünyada dolların məzənnəsini formalaşdıran əsas amillərdən biri ölkələrin bu valyutaya olan tələbatıdır və bu tələbat azaldığı halda dollar kəskin ucuzlaşa bilər. Eyni zamanda, regional valyutalar xarici ticarətdə iştirak edə bilsə də, onlar sərbəst dönərli olmadığına görə qarşılıqlı investisiya vasitəsi kimi çıxış edə bilməz. Avrozonanın böhrana daxil olması səbəbindən dolların avro ilə əvəz edilməsi də yaxın perspektivdə real görünmür. Bu səbəbdən, yaxın vaxtlar üçün dolların ilk növbədə xarici ticarətdə, sonra da ölkələrin daxili bazarlarında rolunun azalması ən real ssenari sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR