Bank Of Baku

Yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə satılan istehlak malları və pullu xidmətlər 18% artıb

Yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə satılan istehlak malları və pullu xidmətlər 18% artıb
# 19 noyabr 2008 13:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə 11 365,4 mln. manatlıq və ya 2007-ci ilin eyni dövrü ilə müqayisədə 18,4% çox istehlak malları satılıb və pullu xidmət göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 63,2%-i ticarət fəaliyyətinin, 36,8%-i isə əhaliyə göstərilən pullu xidmətlərin hesabına təmin edilib.
İstehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 76,5% və 23,5% təşkil edir.
Əhalinin gəlirlərinin artması ilə əlaqədar onların alıcılıq qabiliyyətinin yüksəlməsi, pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin kifayət qədər yüksək artım sürətinin saxlanılmasını təmin edib. Belə ki, 2008-ci ilin yanvar-oktyabr ayları ərzində ticarət və xidmət şəbəkələrindən hər bir ölkə sakini orta hesabla 1 343,2 manatlıq və ya əvvəlki ilin eyni dövründəkindən 399,6 manatlıq çox müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib.
Hesabat dövründə özəl müəssisələr tərəfindən 10 599,5 min manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib, pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin real artımının 90,4%-i bu müəssisələrin fəaliyyəti hesabına təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR