Bank Of Baku

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində kadr islahatları davam edir

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində kadr islahatları davam edir
# 19 noyabr 2008 14:02 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin əmri ilə Zahid İsayev İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib. Hökumətdəki mənbələrdən «APA-Economics»ə verilən məlumata görə, Dövlət Xidmətinin rəisi vəzifəsinin icrası da müvəqqəti olaraq Zahid İsayevə tapşırılıb.
Bununla yanaşı, iqtisadi inkişaf nazirinin əmri ilə İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin əsas şöbələrinin rəisləri tutduqları vəzifədən azad olunublar. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bu məlumatı «APA-Economics»ə təsdiqləyiblər.
Qeyd edək ki, Z.İsayev bundan əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkəti maliyyə-iqtisad idarəsinin rəisi vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR