Bank Of Baku

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində daxili nəzarət sektoru yaradılıb

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində daxili nəzarət sektoru yaradılıb
# 19 noyabr 2008 14:27 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə hökumətdəki mənbələrdən məlumat verilib. Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə bu məlumatı təsdiqləyiblər.
Xatırladaq ki, ötən ayın sonunda dövlət başçısı iqtisadi inkişaf naziri vəzifəsinə vergilər nazirinin I müavini Şahin Mustafayevi təyin edib. Yeni nazir bu yaxınlarda jurnalistlərə verdiyi açıqlamasında ölkə prezidentinin İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən bəzi qurumların fəaliyyətindən narazı olduğunu bildirib və həmin qurumların rəhbərləri artıq tutduğu vəzifələrdən azad olunublar. Bununla yanaşı Ş.Mustafayev nazirliyin strukturlarında müəyyən islahatlar aparılmasının vacibliyini bildirib: «Nazirliyin nəzdində daxili nəzarət qurumunun yaradılmasına ehtiyac var. Bu qurum vasitəsi ilə nazirliyin nəzdindəki strukturlara nəzarət olunacaq».
Qeyd edək ki, noyabr ayının əvvəlində yeni nazirin əmri ilə İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən üç qurumun rəhbəri - Sahibkarlara Kömək Milli Fondunun icraçı direktoru vəzifəsində çalışan Xaliq Məmmədov, Antiinhisar Dövlət Xidmətinin rəisi Elçin Zeynalov və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Aslan Cəfərov tutduğu vəzifəsindən azad edilib. Hər üç quruma rəhbərlik müvəqqəti olaraq həmin strukturların başçılarının müavinlərinə həvalə olunub.
Bu günlərdə Sahibkarlara Kömək Milli Fondunun icraçı direktorunun müavini vəzifəsinə Azərbaycan Milli Bankının hüquq departamentinin müdir müavini Şirzad Abdullayev, İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə isə ARDNŞ-in maliyyə-iqtisadi idarəsinin rəisi Zahid İsayev təyin edilib. Hər iki quruma başçılıq müvəqqəti olaraq bu şəxslərə həvalə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR