Bank Of Baku

«Nikoil» bank «Nikoil-Zəngin» adlı kampaniyaya başlayıb

«Nikoil» bank «Nikoil-Zəngin» adlı kampaniyaya başlayıb
# 19 noyabr 2008 14:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Nikoil» Səhmdar İnvestisiya Bankı (SİB) «Nikoil-Zəngin» adlı kampaniyaya start verib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumat görə, kampaniyanın şərtlərinə əsasən, cari ilin dekabr ayının 30-dək «Nikoil» bankda əmanət açan hər müştəri «Toyota Prado» avtomobili udmaq şansı əldə edir.
Qeyd edək ki, bundan əlavə hər əmanətçiyə sərfəli şərtlər paketi təklif edilir. Bu paketlərə 16,5% illik gəlir, «VISA» plastik kartı hədiyyə və əmanətin həcminin 90%-ə qədər məbləğdə kredit almaq imkanları daxildir. Əsas hədiyyə olan «Toyota Prado» avtomobili 2009-cu il yanvar ayının 12-də oynanılacaq.
Xatırladaq ki, təsisçisi Rusiyanın «Topaz İnvestment» şirkəti (53,1%), «Nikoil» QSC (28,7%), «Uralsib İnvest» Maliyyə Korporasiyası (13,9%) və Azərbaycanın «ISR Holding» (4,3%) Şirkətlər qrupu olan «Nikoil» SİB 1997-ci ildən fəaliyyət göstərir.
Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 337,499 mln. manat, kredit portfeli 150,752 mln. manat, depozit portfeli 72,344 mln. manat, məcmu kapitalı 29,915 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,5 mln. manat təşkil edib. Bankın respublika üzrə 10 filialı, 14 bankomatı və 61 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR