Bank Of Baku

Azərbaycanda istehlak malları və xidmət tarifləri oktyabrda 0,8% bahalaşıb

Azərbaycanda istehlak malları və xidmət tarifləri oktyabrda 0,8% bahalaşıb
# 20 noyabr 2008 06:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri 2008-ci ilin sentyabr ayına nisbətən 0,8%, yanvar-oktyabr aylarında isə 2007-ci ilin yanvar-oktyabr ayları nisbətən 21,6% yüksəlib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ilin oktyabr ayında ərzaq məhsullarının qiymətləri əvvəlki aya nisbətən 1% bahalaşıb. Ay ərzində «Qənd, cem, bal, şokolad və konfetlər» qrupu məhsullarının qiymətləri 0,4%, «Qəhvə, çay, kakao» qrupu 1,4%, «Ət məhsulları» qrupu 0,4%, «Balıq məhsulları» qrupu 2,3%, «Çörək məmulatları və yarmalar» qrupu 0,1%, «Süd məhsulları, pendir və yumurta» qrupu 2,5%, «Pivə» qrupu 1,4%, «Tərəvəz» qrupu 4,3%, «Spirtli içkilər» qrupu 0,2%, «Tütün» qrupu məhsullarının qiymətləri 0,4% yüksəlib. Bnunla yanaşı, «Meyvə» qrupu məhsullarının qiymətləri 0,9%, «Yağ və piylər» qrupu məhsullarının qiymətləri isə 0,1% düşüb.
Cari ilin oktyabr ayında «Parçalar» qrupu mallarının qiymətləri 0,6%, «Geyim» qrupunun 2,2%, «Ayaqqabı» qrupunun 1,8%, «İnşaat materialları» qrupunun 0,3%, «Məişət cihazları» qrupunun 0,7%, «Dərmanlar» qrupu mallarının qiymətlərinin 1,3% bahalaşması nəticəsində qeyri-ərzaq mallarının qiymət indeksi 101,1% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR