Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti oktyabrda dövlət büdcəsinə ödənişləri 10% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti oktyabrda dövlət büdcəsinə ödənişləri 10% artırıb
# 20 noyabr 2008 07:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin oktyabr ayında dövlət büdcəsinə 86,987 mln. manat, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) isə 14,226 mln. manat ödəniş aparılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Dövlət büdcəsinə ödənişlər 2007-ci ilin oktyabr ayına nisbətən 9,8%, DSMF-ya ödənişlər isə 83,2% artıb.
Qeyd edək ki, ARDNŞ tərəfindən cari ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 990,75 mln. manat, DSMF-ya 84,304 mln. manat vəsait ödənilib ki, bu da 2007-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə müvafiq olaraq 12,7% və 31,1% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR