Bank Of Baku

Azərbaycan banklarının məcmu kapitalı son bir ildə 52% artıb

Azərbaycan banklarının məcmu kapitalı son bir ildə 52% artıb
# 20 noyabr 2008 08:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları üzrə məcmu kapitalın ümumi həcmi 2008-ci ilin noyabr ayının 1-nə 1 410,5 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstəricinin illik artımı 52,1%-ə bərabərdir. Eyni zamanda, cari ilin əvvəlindən bankların məcmu kapitalı 39,8% artıb.
Qeyd edək ki, ötən il ərzində bankların məcmu kapitalının artımı 67,4%-ə bərabər olub. Məcmu kapitalın artımı Milli Bank tərəfindən məcmu kapitalın minimal həddi üzrə müəyyənləşdirdiyi tələbnamənin 10 mln. manata çatdırılması və bankların bölüşdürülməmiş mənfəətinin artması ilə bağlıdır. Milli Bankın oktyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda fəaliyyət göstərən 45 bankdan 41-i məcmu kapitalını tələb olunan minimum səviyyəyə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR