Bank Of Baku

Azərbaycanda bank aktivlərinin artım tempi kəskin azalıb

Azərbaycanda bank aktivlərinin artım tempi kəskin azalıb
# 20 noyabr 2008 10:26 (UTC +04:00)
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici üzrə illik artım 64,6%-ə bərabərdir, cari ilin əvvəlindən isə aktivlər 47,8% artıb.
Eyni zamanda, oktyabr ayı ərzində aktivlərin 27,7 mln. manat və ya 0,3% artması müşahidə olunub ki, bu da cari ilin orta aylıq artımından (321,6 mln. manat) dəfələrlə azdır. Müqayisə üçün bildirək ki, sentyabr ayında aktivlərin artımı 612,8 mln. manata bərabər olub.
Qeyd edək ki, oktyabrın əvvəlinə olan məlumata görə, bank aktivlərinin strukturunda əsas yeri müştərilərə verilən kreditlər tutub (6 304,3 mln. manat və ya 63,59%):




Ekspertlərin fikrincə, aktivlərin aylıq artım tempinin kəskin azalması ilk növbədə banklar tərəfindən kreditləşməni kəskin azaltması ilə bağlıdır və bu göstəricinin daha da düşəcəyi gözlənilir.
Qeyd edək ki, 2007-ci il ərzində Azərbaycandakı bankların məcmu aktivlərinin artım tempi 18% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR