Bank Of Baku

Azərbaycanın aparıcı elektrik enerjisi təchizatçısı nizamnamə kapitalını 59% artırır

Azərbaycanın aparıcı elektrik enerjisi təchizatçısı nizamnamə kapitalını 59% artırır
# 20 noyabr 2008 10:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manat, sayı 13,95 mln. ədəd, emissiyanın ümumi həcmi isə 27,9 mln. manat təşkil edir.
Mütəxəssislərin fikrincə, «Bakıelektrikşəbəkə» ASC-nin artıq bu ilin dekabr ayında səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, müəssisənin nizamnamə kapitalı 58,9% artaraq 75 361,432 min manata çatacaq.
Qeyd edək ki, paytaxtın enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 640 mindən artıq abonenti var. Hazırda şirkətin nizamnamə kapitalı 47 433,532 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR