Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, cari ilin əvvəlindən bankların kredit qoyuluşları 43,2% artıb. Ümumilikdə, son illər ölkədə kredit qoyuluşların artım tendensiyası müşahidə olunur:
Oktyabr ayı üzrə xalis kreditlərin həcmi 77,7 mln. manat və ya 1,2% artıb. Eyni zamanda, cari il ərzində bu göstəricinin orta aylıq artımı 196,9 mln. manat təşkil edib ki, sentyabrın artımı bundan 2,5 dəfə azdır. Beləliklə, dünya maliyyə böhranı və ölkədaxili amillər nəticəsində Azərbaycandakı bankların kreditləşməsinin artımı tempi azalmaqdadır. Analitiklər bu azalma tendensiyasının davam edəcəyini proqnozlaşdırırlar, çünki bank sektorunda xarici borclamanın qaytarılması ilə bağlı problemlər qalmaqdadır. Hazırda bankların məcmu xarici borcu 2 mlrd. manatdan artıqdır və bu, məcmu kredit portfelinin təxminən 31%-ni təşkil edir. Dünyada yaşanan maliyyə böhranı Azərbaycandakı bankları kreditləşdirən qurumlara da təsir edib və artıq ölkədəki bankların xaricdən borcalma layihələri dayandırılıb. Bu da öz növbəsində daxili kreditləşmədə əks olunur.