Bank Of Baku

Azərbaycan Vergilər Nazirliyi yanvar-oktyabr aylarında aksiz, əmlak vergisi və fiziki şəxslərin gəlir vergisi üzrə proqnozu kəsirlə yerinə yetirib

Azərbaycan Vergilər Nazirliyi yanvar-oktyabr aylarında aksiz, əmlak vergisi və fiziki şəxslərin gəlir vergisi üzrə proqnozu kəsirlə yerinə yetirib
# 20 noyabr 2008 10:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyi tərəfindən 2008-ci ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinə 5 026 956,6 min manat həcmində vəsait ödənilib. Bu da müvafiq 10 aylıq proqnozdan 7,6% çoxdur. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.
Vergi və tədiyyələrin növləri üzrə hesabat dövründə əlavə dəyər vergisi üzrə daxilolmalar 961 204,7 min manat (proqnozdan 5,2% çox), mənfəət vergisi üzrə 2 706 054,9 min manat (+18,2%), mədən vergisi üzrə 115 271,5 min manat (+2,6%), torpaq vergisi üzrə 28 249,4 min manat (+14,2%), dövlət rüsumu üzrə 50 876,5 min manat (+17,4%), yol vergisi üzrə 21 582,9 min manat (+1,2%), sadələşdirilmiş vergi üzrə 54 192,1 min manat (+3,7%), sair daxilolmalar üzrə 208 937,8 min manat (+17%) təşkil edib.
Hesabat dövründə aksizlər üzrə daxilolmalar 288 978,7 min manat olmaqla (proqnozdan 3,5% az), əmlak vergisi üzrə 85 845,3 min manat (-5,1%), fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 505 499,3 min manata (-22,1%) bərabər olub.
Qeyd edək ki, 2008-ci ilin dövlət büdcəsində vergi daxilolmaları 5,3 mlrd. manat həcmində proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR