Bank Of Baku

Azərbaycanda qiymətli kağız buraxılışı son bir ildə 20% artıb

Azərbaycanda qiymətli kağız buraxılışı son bir ildə 20% artıb
# 20 noyabr 2008 13:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 3 641,9 mln. manat məbləğində və ya ötən ilin analoji dövrü ilə müqayisədə 20,1% çox müxtəlif növ qiymətli kağız buraxılışı qeydiyyata alınıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, qiymətli kağızların ümumi emissiyasının 52,2%-ni Milli Bankın notları, 7,9%-ni dövlət qısamüddətli istiqrazlar, 39,9%-ni korporativ qiymətli kağızlar, o cümlədən 95%-ni səhmlər, 3,2%-ni istiqrazlar, 1%-ni mənzil sertifikatları, 0,8%-ni isə ipoteka kağızları təşkil edib.
Bu dövr ərzində buraxılan dövlət qiymətli kağızlarının 86,2%-i, Milli Bankın notlarının isə 63,9%-i Bakı Fond Birjasında keçirilən hərraclarda yerləşdirilib.
Cari ilin ilk 9 ayı ərzində nominal dəyəri 4,331 mlrd. manat olan Milli Bank notları, 126,2 mln. manatlıq səhm, 45,6 mln. manatlıq dövlət qısamüddətli istiqraz və 14,5 mln. manatlıq korporativ istiqrazlar tədavüldə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR