Bank Of Baku

«Moody’s» agentliyi öhdəliklərin icrası problemi ilə üzləşən Azərbaycan «UniBank»ının reytinqini azaldıb

«Moody’s» agentliyi öhdəliklərin icrası problemi ilə üzləşən Azərbaycan «UniBank»ının reytinqini azaldıb
# 21 noyabr 2008 06:41 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, agentliyin mütəxəssisləri bu qərarı «UniBank»ın hazırda zəifləyən likvidlik vəziyyəti və artan yenidənmaliyyələşdirmə riski ilə əlaqələndiriblər.
Eyni zamanda, mənfi perspektivli proqnozun təyin olunması bankın hazırkı biznes fəaliyyətini əhəmiyyətli dərəcədə azaltmadan öz borc öhdəliklərini icra etmək ilə bağlı narahatlığı əks etdirir: «Agentlik hesab edir ki, «UniBank» aktivlərinin son illər boyunca sürətli artımını əsasən beynəlxalq borcalmalar hesabına maliyyələşdirib. Nəticədə, borclanmanın səviyyəsi bankın məcmu öhdəliklərinin 50%-ni ötüb keçərək 2006-cı ildəki 33 mln. ABŞ dolları həddindən bu il 223 mln. ABŞ dollarına çatıb».
Eyni zamanda, agentliyin yaydığı məlumatda qeyd olunur ki, bazar maliyyələşməsindən belə yüksək asılılıq «UniBank»ın likvidlik vəziyyətini daha da kənardan təsirlərə qarşı həssas edir, xüsusən də, beynəlxalq bazarlarda hazırkı sərt likvidlik şərtləri fonunda xaricdən irihəcmli vəsaitlərin cəlb olunmasına çıxışın məhdud olduğu bir ərəfədə bankı yüksək yenidənmaliyyələşdirmə riskinə məruz qoyur.
«Moody’s» agentliyinin proqnozlarına görə, Azərbaycan Milli Bankının artıq «UniBank»a likvidlik dəstəyi kimi 62 mln. dollar həcmində borc verməyə razılaşması kommersiya bankının qarşıdakı borc öhdəliklərini qismən qaytarmaq imkanı yaradacaq.
Eyni zamanda «Moody’s» xəbərdarlıq edir ki, «UniBank»ın likvidlik mövqeyində pisləşmə daha da dərinləşərsə, o cümlədən Milli Bankın dəstəyindən asılılıq artarsa, bu, bankın müstəqil kredit gücünün azalmasının göstəricisi hesab olunacaq və onun depozit reytinqlərinə mənfi təsir göstərə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR