Bank Of Baku

«AtaBank» gələn il «MasterCard» sisteminə qoşulacaq

«AtaBank» gələn il «MasterCard» sisteminə qoşulacaq
# 21 noyabr 2008 06:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu il ərzində «MasterCard» beynəlxalq ödəniş sisteminə qoşulacaq. Bu barədə «APA-Economics»ə bankın plastik kartlar departamentinin direktoru Teymur Axundov məlumat verib.
T.Axundovun sözlərinə görə, sistemin bankda tətbiq edilməsi üçün artıq beynəlxalq quruma müraciət olunub. Lakin dünya maliyyə bazarında baş verən proseslərin nəticəsi olaraq aparılan danışıqlar dayandırılıb: «Ümid edirik ki, bu ilin sonunda danışıqlarda canlanma olacaq. Tam əminliklə deyə bilərəm ki, 2009-cu il ərzində «AtaBank» bu «MasterCard» sistemi üzrə xidmətlərə başlayacaq».
Qeyd edək ki, bank 2004-cü ildən «Visa İnternational» beynəlxalq ödəniş sisteminin assosiativ üzvüdür və indiyədək 15 minə yaxın plastik kart emissiya edib.
Xatırladaq ki, «AtaBank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 134,586 mln. manat, kredit portfeli 87,189 mln. manat, depozit portfeli 108,399 mln. manat, məcmu kapitalı 18,815 mln. manat, o cümlədən nizamnamə kapitalı 14,465 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 16 filialı 46 bankomatı və 273 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR