Bank Of Baku

Azərbaycan yanvar-sentyabr aylarında ixracını 9 dəfə artırıb

Azərbaycan yanvar-sentyabr aylarında ixracını 9 dəfə artırıb
# 21 noyabr 2008 06:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər dünyanın 135 dövləti ilə ticarət əlaqələri qurub.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində xarici ticarət dövriyyəsinin həcmi 44 201,5 mln. ABŞ dolları, o cümlədən ixrac 38 970,8 mln. dollar, idxal 5 230,7 mln. dollar təşkil edib, ölkə üzrə 33 740,1 mln. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi həcmi 5,4 dəfə, o cümlədən idxal 33,8%, ixrac isə 9 dəfə artıb.
Dövriyyənin 53%-i, o cümlədən idxalın 28,7%-i, ixracın isə 56,2%-i Avropa İttifaqı ölkələrinin hesabına formalaşıb. Bu ölkələrlə ticarət dövriyyəsinin 2007-ci ilin yanvar-sentyabr aylarına nisbətən 10,1 dəfə, o cümlədən idxal 28,5%, ixrac isə 19 dəfə artıb.
Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilata (GUAM) üzv olan ölkələrlə ticarət əməliyyatlarının həcmi 1 012,4 mln. dollar, o cümlədən idxal 473,8 mln. dollar, ixrac 538,6 mln. dollar təşkil edib, 2007-ci ilin analoji dövrünə nisbətən xarici ticarət dövriyyəsi 48,3%, o cümlədən idxal 22%, ixrac isə 1,8 dəfə artıb.
İdxal-ixrac əməliyyatlarının 35,6%-i İtaliya, 11,4%-i ABŞ, 6,9%-i İsrail, 4,7%-i Hindistan, 4,5%-i Fransa, 3,1%-i Rusiya, 2,8%-i İspaniya, 2,7%-i Niderland, 2,6%-i Birləşmiş Krallıq, 2,6%-i Türkiyə, 2,5%-i İndoneziya, 1,9%-i Çili, 18,7%-i isə dünyanın digər ölkələri ilə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR