Bank Of Baku

Dövlət Statistika Komitəsi: Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 50% artıb

Dövlət Statistika Komitəsi: Azərbaycanda əhalinin bank əmanətləri son bir ildə 50% artıb
# 21 noyabr 2008 06:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Cari ilin oktyabr ayının 1-i vəziyyətinə Azərbaycanda əhalinin banklardakı əmanətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 50% artaraq 1 888,7 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 1 023,3 mln. manatı (54,2%-i) milli, 865,4 mln. manatı (45,8%-i) isə xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 2 dəfə və 14,5% artıb. Həmin vəsaitlərin 65,4%-i (1 235,1 mln. manatı) özəl banklara qoyulub.
Qeyd edək ki, cari ilin oktyabr ayında manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0,81 manat, 100 Rusiya rubluna 3,07 manat, 1 Avroya 1,08 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,82 manat, 3,40 manat və 1,24 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR