Azərbaycan paytaxtında Asiya İnkişaf Bankının CAREC Proqramı üzrə VII Nazirlər Konfransı keçirilir
Tədbiri giriş sözü ilə açan Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan CAREC tərəfindən təqdim edilən təkliflərə böyük maraqla yanaşır və bunların həyata keçirilməsi üçün lazımi tədbirlər görəcək.
Konfransda çıxış edən AİB-in prezidenti Haruhiko Kuroda bildirib ki, CAREC Proqramının yaxşı layihələrə, investisiya yatırımlarına və böyük diqqətə ehtiyacı var. H.Kuroda həmçinin qeyd edib ki, CAREC çərçivəsində üzv ölkələrdə (Azərbaycan da daxil olmaqla) 6 yol layihəsinə artıq 5 mlrd. ABŞ dolları həcmində maliyyə vəsaiti yatırılıb və gələcəkdə bu layihələrin 2020-ci ilə qədər təkmilləşdirilməsi çərçivəsində daha 14 mlrd. dollar həcmində sərmayə qoyuluşu nəzərdə tutulur: «Azərbaycanda bu layihələrdən biri Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılmasıdır ki, bu da Asiya və Avropanın ticarət sahəsində birləşməsində birbaşa rol oynayacaq».
Ümumilikdə, ticarət sahəsində əməkdaşlığa gəldikdə, H.Kuroda Azərbaycanın gömrük sahəsində «vahid pəncərə» sisteminə keçməsini dəstəkləyərək, bu sistemini digər ölkələr tərəfindən qəbul etməsinin vacibliyini vurğulayıb.
H.Kuroda onu da vurğulayıb ki, CAREC Proqramının əhatə etdiyi digər sahə - enerji əməkdaşlığı çərçivəsində müvafiq layihələr və ümumiyyətlə əməkdaşlığın istiqamətlərinin növbəti iclasda müzakirə edilməsi planlaşdırılır. O cümlədən, ölkələrin hidroenergetikanın potensialının öyrənilməsi, iqlim dəyişməsi və su ehtiyatlarının öyrənilməsi kimi məsələlərin müzakirəsi H.Kurodanın fikrincə, çox vacibdir.
Qeyd edək ki, noyabrın 19-dan Bakıda rəsmi səfərdə olan H.Kuroda bundan öncə Ermənistan və Gürcüstanda olub. Ermənistana səfəri çərçivəsində H.Kuroda bu ölkənin prezidenti Serj Sarkisyan və baş nazir Tiqran Sarkisyanla görüşüb. Bundan başqa, H.Kuroda İrəvanda AİB-in rəsmi ofisinin açılış mərasimində iştirak edib. Səfər çərçivəsində H.Kuroda Ermənistanın kənd yollarının inkişafını dəstəkləmək və nəqliyyat sektorunda idarəetmənin yaxşılaşdırılması üçün ölkə hökuməti ilə yeni razılaşma sənədini də imzalayıb.
Gürcüstana səfəri çərçivəsində isə H.Kuroda bu ölkənin baş naziri Qriqol Mqalolişvili və digər rəsmi şəxslərlə görüşüb. Səfər çərçivəsində AİB ilə Gürcüstan hökuməti arasında Fövqəladə Kömək Ssudasının ayrılmasına dair sənəd imzalanıb.
Azərbaycanda isə H.Kuroda artıq dövlət başçısı İlham Əliyevlə görüşüb. Səfər çərçivəsində həmçinin «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», habelə Gəncə dairəvi avtomobil yolunun tikintisi üçün əlavə vəsaitin ayrılmasına dair iki kredit sazişin imzalanması gözlənilir. Səfər boyu AİB-in prezidentini onun məsləhətçisi Hosoda Şuiçi (Hosoda Shuichi) və AİB-in Mərkəzi və Qərbi Asiya şöbəsinin müdiri Xuan Miranda (Juan Miranda) müşayiət edirlər.
Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar həcmində 42 kredit ayırmağı planlaşdırır.
Maliyyə
"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
“BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib
Xəbər Lenti
ABŞ-da atışma nəticəsində 12 nəfər yaralanıb
ABŞ Qüvvələri iki İran dronunu vurub
KİV: ABŞ İran aktivlərini Körfəzdəki müttəfiqlərinə verəcək
Türkiyə Venesuelanı məğlub edib
Peruda son 10 ildə doqquzuncu prezident seçiləcək
Rusiya Ukraynanın iki mülki xilasetmə katerini vurub, xəsarət alanlar var
Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq ölüb.
AB İsrail və Livanı atəşkəsə riayət etməyə çağırıb
İranın Xarq adası yaxınlığında partlayış olub
FHN-in xilasediciləri yaşayış binasında təhlükəli vəziyyətdə qalan vətəndaşı xilas edib - VİDEO
Lənkəranda ağaca çırpılan avtomobilin sürücüsü ölüb
İsrail ordusu Livanda gedən döyüşlərdə daha iki hərbçisini itirib
Türkiyədə Hərbi Hava Qüvvələrinin 115-ci ildönümü təntənə ilə qeyd olunub
Zığda baş vermiş kütləvi dava ilə bağlı 7 nəfər saxlanılıb - YENİLƏNİB
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3593 nəfərə çatıb
Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb
Göygöldə yağışın səbəb olduğu fəsadlar aradan qaldırılır - FOTO
FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
XİN: Azov dənizində dron hücumu nəticəsində 25 Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4 nəfər həlak olub
İran ABŞ-ın gecə radar sistemlərinə hücumunu atəşkəsin açıq şəkildə pozulması adlandırıb
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
Yağıntı və dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB
Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşları vəziyyətləri barədə danışıblar-VİDEO - YENİLƏNİB
Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib
Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib
Cəlilabadda keçmiş məhkumlardan 18 kq narkotik götürülüb
Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb
Daşkəsəndə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş aksiya keçirilib
Səfir: Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyur
Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri ilə bağlı konfrans keçirilib
Sabahın hava proqnozu: Bakıda yağış yağacaq
Bakı və Abşeronda yağıntının miqdarı aylıq normanın 749 faizini təşkil edib
Binədə mağazada yanğın baş verib - VİDEO
Bakıda ABŞ məzunları sərgisi təşkil edilib - FOTO
İran: Əfqanıstanla sərhəddə silahlı toqquşma baş verib, 6 terrorçu zərərsizləşdirilib
Müvəqqəti işlər vəkili: ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Azərbaycanın meşə fındığı ixracından gəlirləri 49%-ə yaxın artıb
Apreldə çiyələk ixracı 5 dəfə artıb
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
İran milli komandasının bəzi üzvləri və məsul şəxsləri ABŞ-dan viza ala bilməyib
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
FHN Şıx çimərliyində taktiki-xüsusi təlim keçirib - VİDEO - FOTO