Bank Of Baku

«Moody’s» agentliyi «Bank Respublika»nın reytinqinin proqnozunu endirib

«Moody’s» agentliyi «Bank Respublika»nın reytinqinin proqnozunu endirib
# 21 noyabr 2008 08:17 (UTC +04:00)
Bakı. Elmin İbrahimov – APA-Economics. «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi Azərbaycanda fəaliyyət göstərən «Bank Respublika» Səhmdar Kommersiya Bankının (SKB) xarici və milli valyuta ilə «B2» uzunmüddətli depozit reytinqləri üzrə proqnozu daha əvvəl qiymətləndirdiyi «müsbət» səviyyəsindən «sabit»ə endirib. «APA-Economics»in məlumatına görə, agentliyin mütəxəssisləri bu qərarı «Bank Respublika»nın kreditlərə artan tələbatı və yaranan yenidənmaliyyələşdirmə riski ilə əlaqələndiriblər.
Agentlik hesab edir ki, «Bank Respublika» son illər ərzində aktivlərinin sürətli artımını əsasən beynəlxalq borcalmalar hesabına maliyyələşdirib. Nəticədə, bu tip borclanmanın səviyyəsi bankın məcmu passivlərinin 50%-ni üstələyərək 2006-cı ildəki 28 mln. ABŞ dollarından 2008-ci ildə 161 mln. dollara çatıb.
Eyni zamanda, agentliyin yaydığı məlumatda qeyd olunur ki, bazar maliyyələşməsindən belə yüksək asılılıq «Bank Respublika»nın likvidlik vəziyyətini potensial olaraq kənardan təsirlərə qarşı daha həssas edir, xüsusən də, beynəlxalq bazarlarda hazırkı sərt likvidlik şərtləri fonunda xaricdən irihəcmli vəsaitlərin cəlb olunmasına çıxışın məhdud olduğu bir şəraitdə bankı daha yüksək yenidənmaliyyələşdirmə riskinə məruz qoyur.
Eyni zamanda «Moody’s» xəbərdarlıq edir ki, «Bank Respublika»nın likvidlik mövqeyində hər hansı pisləşmə, o cümlədən Milli Bankın likvidlik üzrə dəstəyindən asılılığın artması özünü bankın müstəqil kredit gücünün azalması kimi büruzə verəcək və onun depozit reytinqlərinə mənfi təsir göstərə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR