Bank Of Baku

Azərbaycanın gömrük-keçid məntəqələrində «bir pəncərə» qeydiyyat sisteminin tətbiqi ilə bağlı təşkilati məsələlərin həllinə başlanılıb

Azərbaycanın gömrük-keçid məntəqələrində «bir pəncərə» qeydiyyat sisteminin tətbiqi ilə bağlı təşkilati məsələlərin həllinə başlanılıb
# 21 noyabr 2008 08:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) respublikanın sərhədlərindəki gömrük-keçid məntəqələrində «bir pəncərə» qeydiyyat sisteminin tətbiqi ilə bağlı təşkilati məsələlərin həllinə başlayıb. «APA-Economics»in məlumatına görə, bunu DGK-nın sədri Aydın Əliyev bildirib.
A.Əliyevin sözlərinə görə, artıq bir neçə ildir «bir pəncərə» qeydiyyat sisteminin tətbiqi ilə bağlı müxtəlif məsələlər müzakirə olunur və bunun tətbiqi ticarət dövriyyəsinin, yüklərin və nəqliyyat vasitələrinin sərhəddən daha sürətlə keçidini təmin edəcək.
«Bu sistemin tətbiqi ilə bağlı artıq təşkilati məsələlərə başlamışıq ki, yeni mütəxəssislər, texniki avadanlıqlar cəlb olunur. Artıq xüsusi komissiya da yaradılıb ki, 2009-cu ilin yanvar ayının 1-dən «bir pəncərə» sisteminin tətbiqinə başlanacaq», - deyə A.Əliyev bildirib.
Qeyd edək ki, «bir pəncərə» sisteminin tətbiqinə başlanması ilə bağlı bu ilin noyabr ayının 11-də ölkə prezidenti tərəfindən müvafiq sənəd imzalanıb. Bu sistem sərhəd-keçid məntəqələrində qeydiyyat prosesinin sadələşdirilməsini nəzərdə tutur. Yeni sistem işə düşəndən sonra, nəqliyyat vasitələri, yüklər sərhəddən keçirilərkən onlara nəzarət və sənədləşmə işləri bir yerdən aparılacaq.
Xatırladaq ki, 2008-ci ilin əvvəlindən Azərbaycanda sahibkarlıq subyektlərinin «bir pəncərə» sistemi əsasında dövlət qeydiyyatına alınmasına başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR