Bank Of Baku

Azərbaycanın iqtisadi inkişaf naziri Bakıda səfərdə olan Dünya Bankının vitse-prezidenti ilə görüşüb

Azərbaycanın iqtisadi inkişaf naziri Bakıda səfərdə olan Dünya Bankının vitse-prezidenti ilə görüşüb
# 21 noyabr 2008 09:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda səfərdə olan Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Şigeo Katsu ilə görüşüb.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə DB ilə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub, Azərbaycanda sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin DB-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak, Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan üzrə nümayəndəsi xanım Aliyə Əzimova da iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR